Modern.az

Müəllimlərdən daha yüksək standartlar tələb etməliyik - Emin Əmrullayev

Müəllimlərdən daha yüksək standartlar tələb etməliyik - Emin Əmrullayev

Təhsil

13 Noyabr 2025, 12:22

“Biz anlayırıq ki, müəllimlər birinci sertifikasiya mərhələsindən keçdikdən sonra artıq müəyyən minimal standartlara uyğun gəlirlər. Biz bunu əvvəldən də qeyd etmişdik ki, birinci mərhələdə bizim standartlarımız kifayət qədər aşağı tutulub, yəni humanist yanaşma ilə müəyyən olunub. Halbuki, bizim əslində tələb etdiyimiz standartlar daha yüksək olmalıdır”.

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

E.Əmrullayev deyib:

“Əgər biz keyfiyyətli təhsil istəyiriksə, müəllimlərimizdən də daha yüksək standartlar tələb etməliyik. Çünki heç bir təhsil sisteminin keyfiyyəti onun müəlliminin keyfiyyətindən yuxarı ola bilməz. Bu, olduqca önəmli məsələdir.

Müəllimə olan tələbləri nə qədər aşağı salırıqsa, təhsilin keyfiyyəti ilə bağlı gözləntiləri də eyni dərəcədə aşağı salmalı oluruq. Bu, əks istiqamətdə işləyə bilməz. Yəni müəllimə tələbi azaldıb, amma təhsildən gözləntimizi artırmaq mümkün deyil. Bu, nonsensdir.

Bu baxımdan, nə qədər çətin olsa da, biz bu istiqamətdə irəliləməliyik. Xüsusilə ibtidai təhsil sahəsində standartların artırılması zəruridir. Çünki bizim müşahidələrimizə əsasən, Azərbaycan təhsilinin ən problemli sahəsi ibtidai təhsildir. İbtidai təhsildə ciddi dönüş olmadan nə orta, nə peşə, nə də ali təhsildə dayanıqlı keyfiyyət əldə etmək mümkündür. Bu, fundamenti olmayan bina kimidir. Tikmək olar, amma uzun müddət qalmaz.

Bizim apardığımız araşdırmalara əsasən, ibtidai təhsildən sonra təhsildə davamiyyətlə bağlı çətinlik çəkən şagirdlərin sayı 40–50% civarındadır. Və bu, ana problemdir. Biz başa düşürük ki, cəmiyyət bu dəyişiklikləri dərhal görməyəcək. Ola bilər ki, bu proses illər aparacaq. Amma düz yol budur”.

Whatsapp
Bizə yazın!
Keçid et
Genaral işə qarışdı - Təyyarə qəzasıyla bağlı ŞOK DETAL