Eyni zamanda “Sabah” proqramları çərçivəsində tələbə kreditləri uğurla davam edir. Hal‑hazırda 70 minə yaxın tələbə bu kreditlərlə əhatə olunub. Növbətinin sonuna qədər 90 minə çatdırılması proqnozlaşdırılır.
Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, 2022–2028‑ci illər üzrə dövlət proqramı çərçivəsində xaricə təhsil istiqamətinə də dəstək veriləcək və proqram davam etdiriləcək. Bu proqram çərçivəsində hər il 500 nəfər xaricə göndərilir. Artıq ümumilikdə 1 752 nəfər tələbə təqaüd almaq hüququ qazanıb. Və bu proqram sayəsində Azərbaycanlı tələbələr beynəlxalq ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə edirlər. Beynəlxalq reytinqə əsasən də Azərbaycanda təhsil alan tələbələr beynəlxalq sahədə tanınmaqdadır.