Modern.az

Azərbaycanın İstanbulda açacağı məktəbin yeri təsdiqlənib - Nazir

Azərbaycanın İstanbulda açacağı məktəbin yeri təsdiqlənib - Nazir

Təhsil

13 Noyabr 2025, 17:50

“Azərbaycanın Türkiyədə qurmağı planlaşdırdığı beynəlxalq məktəb üçün ayrılacaq ərazinin rəsmi təsdiq prosesi tamamlanıb.

Prezidentlərimiz Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin görüşündən sonra Türkiyənin Qarabağda bir məktəb inşa etməsi barədə razılıq əldə olunduğunu da qeyd etmək istərdim. Bu çərçivədə Ağdamda və ya uyğun görüləcək digər bir yerdə məktəb inşa edəcəyik”.

Modern.az xəbər verir ki, bu fikirləri Türkiyənin milli təhsil naziri Yusuf Tekin “Teleqraf”a müsahibəsində deyib.

Azərbaycanın Türkiyə üçün dost və qardaş bir ölkə olduğunu bildirən nazir münasibətlərin bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də genişləndiyini diqqətə çatdırıb.

O qeyd edib ki, bugünlərdə Bakı Türk Anadolu Liseyinin Əhmədli Kampusunun açılışı baş tutub və peşə təhsili sahəsində birgə proqramların həyata keçirilməsi məqsədilə əlavə protokol imzalanıb.

Nazir Türkiyənin Bakı Türk Anadolu Liseyini və Azərbaycanın Heydər Əliyev Orta Məktəbinin iki qardaş ölkə arasındakı dostluğun və ortaq kimliyin simvolları kimi dəyərləndirib.

Yusuf Tekin iki ölkə arasında “Qardaş məktəb” proqramları hazırlandığını da qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
QIZĞIN DEBAT! Prezidentdən SƏRT MESAJLAR -Kimlər vəzifəsini itirəcək?