Modern.az

Məktəblərdə payız tətili başlayır - Bu tarixlərdə

Məktəblərdə payız tətili başlayır - Bu tarixlərdə

Təhsil

14 Noyabr 2025, 10:56

Noyabrın 16-dan 2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayacaq.

Modern.az xəbər verir ki, payız tətili 16-20 noyabr tarixlərini əhatə edəcək.

Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Qərarına əsasən, ümumi təhsil müəssisələrində 16–20 noyabr tarixləri payız tətilidir. Payız tətilindən sonra ilk dərs günü 21 noyabr tarixinə təsadüf edəcək.

Bu tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil ediləcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!