“STEAM Azərbaycan” layihəsi 2019-cu ildən etibarən ölkənin məktəblərində tətbiq olunmağa başlanıb.
Modern.az xəbər verir ki, bu sözləri "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov STEAM Azərbaycan (SAF-2025) festivalında çıxışı zamanı bildirib:
"Layihə ilk tədris ilində 41 məktəb və 6.000 şagirdi əhatə edirdisə, hazırda bu göstəricilər əhəmiyyətli dərəcədə artaraq 400-dən çox məktəbi və 300.000-dən artıq şagirdi əhatə edir. Bu göstəricilər layihənin genişlənmə dinamikasını və təsir gücünü açıq şəkildə nümayiş etdirir".
O, eyni zamanda əlavə edib ki, məqsəd gələcəyin çağırışlarına hazır, özünə inanan, innovativ və sosial məsuliyyətli şəxsiyyətlərin formalaşdırılmasıdır.