Modern.az

Rektordan qəbul planının azaldılması ilə bağlı ÖZƏL AÇIQLAMA

Rektordan qəbul planının azaldılması ilə bağlı ÖZƏL AÇIQLAMA

Təhsil

17 Noyabr 2025, 14:14

“Cənab nazirin qəbul planının azaldılması ilə bağlı fikirləri tam şəkildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin strateji inkişaf xəttinə və planına uyğundur”.

Bunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizov Modern.az-a özəl açıqlamasında bildirib.

Rektor növbəti illərdə hansı ixtisas və fakültələr üzrə plan yerlərinin ixtisar edilə biləcəyi barədə sualı da cavablandırıb:

“Sözügedən istiqamətdə artıq araşdırmalar aparırıq. Bir neçə mühüm məqam nəzərə alınmalıdır. Hazırda gənclər informasiya texnologiyaları, data analitikası və digər bu kimi sahələrə daha çox meyl edirlər. Lakin qeyd etmək istəyirəm ki, ölkəmiz üçün həyati əhəmiyyət daşıyan bəzi sahələrə maraq nəzərəçarpacaq dərəcədə azalıb. Məsələn, geologiya, cihaz və maşın mühəndisliyi kimi ixtisaslar olduqca vacibdir”.

Rektor vurğulayıb ki, həm ölkə, eləcə də ADNSU olaraq bu sahələrin inkişafını stimullaşdırmalı və gənclər üçün daha cəlbedici etməliyik:

“İkidiplom proqramları, eləcə də gənc müəllimlərin cəlb olunması vasitəsilə bu istiqamətlərin nüfuzunu artırmağa çalışacağıq”,-deyə o qeyd edib. 

Yekun olaraq, R.Əzizov onu da əlavə edib ki, trendləri və qəbul ballarını təhlil etdikdən sonra hansı ixtisaslarda qəbul planının azaldılmasıyla bağlı qərar verəcəyik.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@ildən Bakıya ŞOK MESAJ - Türkiyəni regiondan çıxarın!