Modern.az

Tamştatlı müəllimin maaşı iki dəfə yüksək olmalıdır - NAZİR

Tamştatlı müəllimin maaşı iki dəfə yüksək olmalıdır - NAZİR

Təhsil

17 Noyabr 2025, 15:24

“Hazırda üzərində işlədiyimiz yanaşma ondan ibarətdir ki, tamştatlı müəllimin əməkhaqqısı ölkə üzrə orta əməkhaqqından ən azı iki dəfə yüksək olmalıdır".

Modern.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev bu gün jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki,  hazırkı statistika müəllimlərin 4–6 saat dərs yükü ilə aldığı əməkhaqqını ümumi göstəriciyə daxil edir və bu, yanlış təsəvvür yaradır:

"Eyni zamanda, müəllimin öz əməkhaqqısını artırması üçün yalnız daha çox dərs saatı götürməsi kimi məcburi bir mexanizm də doğru deyil və dəyişdirilməlidir”.

Nazir bildirib ki, bu məsələlərlə bağlı Elm və Təhsil Nazirliyinin rəsmi açıqlamalarını gözləmək lazımdır: “Bu, sabah baş verəcək proses deyil. Biz konsepti ictimaiyyətə məhz ona görə təqdim etmişik ki, geniş və konstruktiv fikir mübadiləsi aparılsın”.

Sizə yeni x var
Keçid et
İsr@ildən Bakıya ŞOK MESAJ - Türkiyəni regiondan çıxarın!