“Bu il ilk dəfə sertifikasiya imtahanı verən və uğur qazanan müəllimlərin maaşına əlavələr ilin sonuna qədər ödəniləcək”.
Modern.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, sertifikasiya prosesi bitməlidir. Müəllim imtahan verir, sonra müsahibə mərhələsi var. Hər il bu proses iyul–avqust aylarına təsadüf edir:
“Daha sonra sənədləşmə aparılır. Bütün hüquqi prosedurlar tamamlandıqdan sonra müəllimlərin əməkhaqqısına əlavələr birdəfəlik ödənilir. Daha sonra ödəmələr aylıq qaydada davam edir”.