Modern.az

Macarıstanda tələbə olmaq istəyənlər, tələsin, qəbul başladı

Macarıstanda tələbə olmaq istəyənlər, tələsin, qəbul başladı

Təhsil

18 Noyabr 2025, 11:00

2026-2027-ci tədris ili üçün Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Macarıstanda təhsillə bağlı sənəd qəbulu başlayıb.

Modern.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı təqdim edir.

Sənəd qəbulu hər iki tərəfin elektron ərizə sistemində 22 dekabr 2025-ci il saat 23:59-dək aparılacaq.

 

Sizə yeni x var
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu