“Bizim heç bir yerdə məqsədimiz repetitor sayını azaltmaqdır demədim. Çünki biz bunu təhsildə məqsəd olaraq görmürük. Amma bu belə effekti verə bilərmi? Məncə, bəli, ola bilər. Və bu da pis deyil”.
Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "İTV"də yayımlanan “Diqqət mərkəzi” proqramında deyib.
Nazir qeyd edib ki, müəllim məktəbdə,yəni dövlət müəssisəsində çalışırsa, o zaman məsuliyyət daşıyır.
“Mən bunu sadəcə nazir kimi tək daşımalı deyiləm. Hər sinufdə uşaqların dərsi mənimsəmə, öyrəçə məsuliyyət ilk növbəfə həmin sinifdə dərs deyən müəllimin üzərindədir. Çünki müəllim həmin siniflərdə dərs deyirik”.
“Uşaqlar ya öyrənir, ya da öyrənmir. Uşaqlar öyrənmirsə, bizim etdiyimiz işin mənası yoxdur. Uşaqlar öyrənirsə, - bu da qiymətləndirmə ilə ölçülür, - o zaman hər şey qaydasındadır.
Bu modellə müəllimi məktəbə bağlamaqla artıq Azərbaycan müəllimi gecə-gündüz bir neçə yerdə yox, məhz məktəbdə çalışmasına sövq etməlidir. Əgər hansısa müəllim deyirsə ki, mən dövlət sektorunda yox, özəl sektorda işləmək istəyirəm,-çox gözəl. O da bizim müəllimimizdir. Özəl sektor da bizim təhsil sistemimizin bir hissəsidir”- deyə o qeyd edib.
Emin Əmrullayev vurğulayıb ki, əgər müəllim dərs dediyi uşaqlardan pul alaraq onlara əlavə dərs keçirsə, bu, etik baxımdan düzgün deyil.
“Məsələn, siz mənim fizika müəllimimsiniz. Həftədə beş dəfə sizin dərsinizə gəlirəm. Sonra sizə pul verirəm ki, mənə bir az da izah edəsiniz. Bu, düzgün yanaşma deyil. Bəli, bəzi insanlar deyir ki, müəllimin uşağa dərs keçməyə vaxtı, imkanı yoxdur. Bu da sistemlə bağlıdır. Biz elə şərait yaratmalıyıq ki, müəllimi günahlandırmaq məcburiyyətində qalmayaq. Bu, illərlə, onilliklərlə formalaşan bir məsələdir. Müəllimi tək günahlandırmaq doğru olmaz” - deyə E. Əmrullayev bildirib.