Modern.az

Müəllimlərin bir çoxu məktəbdə oturmağa yer tapa bilmir - NAZİR

Müəllimlərin bir çoxu məktəbdə oturmağa yer tapa bilmir - NAZİR

Təhsil

20 Noyabr 2025, 23:27

Müəllimlərin bir çoxu məktəbdə oturmağa yer tapa bilmir. 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzi” proqramında səsləndirib. 

Nazir bildirib ki, “müəllim otağı” anlayışı əksər hallarda formal xarakter daşıyır. 

“Qış aylarında məktəbə erkən gələn müəllimlər üst geyimlərini harasa qoymaqda çətinlik çəkir. Ən yaxşı halda yalnız öz sinfi olan müəllimlər var, lakin onların əksəriyyətinin dərs saatları çoxdur. Həftədə 10–12–14 saat işləyən bir müəllimin öz iş otağı demək olar ki, yoxdur”.

E.Əmrullayevin fikrincə, işçinin, yəni müəllimin əsas ehtiyaclarından biri ona aid olan iş otağı və iş masasının mövcudluğudur. 

“Bu, müəllimlərin dərsə hazırlıq, şagird işlərini yoxlama və valideynlə görüşlər üçün vacibdir. Bu baxımdan, müəllimlərin rifahını və motivasiyasını artırmaq üçün yalnız əməkhaqqının yüksəldilməsi kifayət etmir. Əsas diqqət, habelə, onların iş şəraitinin yaxşılaşdırılması və işə aid məkanın, yerinin təmin edilməsinə də yönəlməlidir”,-deyə nazir əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə