Modern.az

Çində oxumaq istəyən azərbaycanlılara: sənəd qəbulu aparılır

Çində oxumaq istəyən azərbaycanlılara: sənəd qəbulu aparılır

Təhsil

21 Noyabr 2025, 12:23

2026–2027-ci tədris ili üçün Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Çin Xalq Respublikasında təhsil almaq istəyən namizədlər üçün sənəd qəbulu prosesinə start verilib.

Modern.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi prinsipi əsasında qarşı tərəfin ali təhsil müəssisələrində seçdikləri ixtisas üzrə təhsil almaq imkanı təqdim edir.

Sənəd qəbulu 19 dekabr 2025-ci il saat (saat 23:59) tarixinədək davam edəcək. Təqaüd proqramı üzrə yekun qəbul qərarlarının 2026-cı ilin iyul–avqust aylarında açıqlanması nəzərdə tutulur.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə