Modern.az

“Biz müəllimin rifahını yaxşılaşdırmaqla həyatlarının müsbətə dəyişməsinə çalışırıq” - Nazir 

“Biz müəllimin rifahını yaxşılaşdırmaqla həyatlarının müsbətə dəyişməsinə çalışırıq” - Nazir 

Təhsil

21 Noyabr 2025, 12:46

“2027-ci ildə sertifikatlaşdırma prosesində ikinci dəfə uğurla keçəcək müəllimlər üçün əməkhaqqı artımı ilə bağlı vahid əmsalın tətbiqini düşünürük. Bu rəqəmin şərti olaraq müəllim əməkhaqqını əsaslı şəkildə artıracaq bir rəqəm kimi görürürük”. 

Modern.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzi” proqramındakı  çıxışında deyib. 

Nazirin sözlərinə görə, 2027-ci ildə sertifikatlaşdırmadan ikinci dəfə də uğurla keçən müəllimin əməkhaqqı yenə 10 faiz artsa, onun həyatında nə isə dəyişməyəcək:

“Müəllimi ikinci dəfə imtahan edib yenə 10 faiz əlavə verməyin mənası yoxdu. Həyatında heç nə dəyişmir. Müəllim üçün də bir motivasiya olmalıdır ki sertifikatlaşdırma prosesinə həvəsli olsun. Bizə lazım olan yaxşı müəllimlərlə işləmək, onların rifah səviyyəsini qaldırmaqdır”.

Nazir qeyd edib ki, müəllimlərin əməkhaqqı ilə bağlı təklif olunan yeni mexanizmin əsas məqsədlərindən biri də elə müəllim nüfuzunun artırılması, rifahının yüksəldilməsi, iş şəraitinin yaxşılaşdırılmasıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə