Modern.az

Direktorların işə qəbulunda bu müəllimlərə üstünlük veriləcək

Direktorların işə qəbulunda bu müəllimlərə üstünlük veriləcək

Təhsil

22 Noyabr 2025, 08:19

"Şagird sayı 500-ə qədər olan ümumitəhsil müəssisələrində direktorların işə qəbul prosesində əsas prinsip həmin məktəbdə çalışan kadrlara üstünlük verilməsidir".

 

Modern.az xəbər verir ki bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) şöbə müdiri Nurlan İsmayılbəyli deyib.

 

"İlk mərhələdə müəssisənin özündə çalışan direktor müavinləri və müəllimlər arasından seçim aparılacaq. Namizədlərdən ilkin olaraq sertifikatlaşdırma, daha sonra müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsində və diaqnostik qiymətləndirmə nəticəsinin 70% və daha yuxarı olması tələb olunur", - Nurlan İsmayılbəyli bildirib. (Mənbə: APA)

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır