Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ötən gün Moskvada erməni həmkarı Edvard Nalbandyanla görüşüb. Modern.az saytının məlumatına görə bu barədə ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik özünün rəsmi twitter səhifəsində bildirib.
Qeyd edək ki, görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak edib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fikir mübadiləsi aparılıb.Modern.az