Modern.az

Hitlerin arvadının genində yəhudi kökləri tapıldı

Hitlerin arvadının genində yəhudi kökləri tapıldı

5 Aprel 2014, 11:52

Britaniyalı alimlər Adolf Hitlerin həyat yoldaşı Yeva Braunun genini (DNT) araşdırarkən onun yəhudi əsilli olmasını üzə çıxarıblar. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda çəkilən sənədli film gələn həftə “Channel 4”də nümayiş olunacaq. Film tanınmış adamlarla bağlı DNT araşdırmasından bəhs edir. DNT analizi üçün 1945-ci ildə Hitlerin Berqhofedəki rezidensiyasında yaşayan Yeva Braunun saçından nümunə götürülüb. Araşdırmanın nəticəsinə görə, Yeva Braun ana tərəfdən yəhudi-aşkenazilərlə bağlılığı olub.

Yeva Braun Hitlerin əvvəlcə sevgilisi, sonra vətəndaş nikahında olan həyat yoldaşı olub. Onlar 1945-ci il aprelin 30-da birgə intihar etməzdən bir neçə saat əvvəl rəsmən evləniblər. Bu evliliyin şahidləri Martin Borman və Yozef Gebbels olublar.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır