Modern.az

Bakıda qanunsuz mərc oyunları keçirilən yerlər aşkarlandı

Bakıda qanunsuz mərc oyunları keçirilən yerlər aşkarlandı

Təhsil

5 Aprel 2014, 13:12

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxtın dörd rayonu ərazisində yerləşən obyektlərdə qanunsuz idman mərc oyunlarının təşkil olunması müəyyən edilib. Modern.az Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, Bakı şəhər sakini Emin Əliyevin, həmyerliləri Tapdıq Fərəcov, Elşad Seyidov, Ağacan Nərimanov, Şəki rayon sakini Əfqan Xəlilov və Yevlax rayon sakini Fərdi Mehdiyevlə birgə paytaxtın Nəsimi, Səbail, Yasamal və Xətai rayonlarının ərazisində yerləşən obyektlərdə qanunsuz idman mərc oyunları təşkil etməsi müəyyən edilib.

Obyektlərə baxış zamanı müştərilər tərəfindən alınan 229 ədəd qəbz kötüyü, onların qeydiyyatının aparılması üçün  5 kompüter dəsti, 10 ədəd televizor, 5 ədəd printer, 1 ədəd modem və 2630 manat pul aşkar edilərək götürülüb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır