Modern.az

TQDK: “Magistraturanın “jurnalistika”sına bakalavrlardan müraciət olmayıb”

TQDK: “Magistraturanın “jurnalistika”sına bakalavrlardan müraciət olmayıb”

5 Aprel 2014, 13:16

“Heç bir bakalavr bu tarixə kimi ali təhsil müəssisələrinin magistratura səviyyəsinin “jurnalistika” ixtisaslaşmasına qəbul olmaqla bağlı müraciət etməyib”. Modern.az xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.

“2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, “jurnalistika” ixtisası üzrə müsabiqədə iştirak edə bilərlər. Bunun üçün onlar 2014-cü ilin aprel ayının 4-dən 10-dək TQDK-nın internet saytında müvafiq səhifədə jurnalistika üzrə ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrların qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq anket sorğusunu doldurmaqla qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçən bakalavrlar TQDK tərəfindən elan edilən vaxtda “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edərək qabiliyyət imtahanında iştirak etməlidirlər. Qabiliyyət imtahanından uğurla keçən bakalavrlar imtahanın ikinci mərhələsində 44 saylı jurnalistika proqramı üzrə imtahan verərək inşa (esse) yazırlar. Bu mərhələ üzrə və ümumi müsabiqə şərtini ödəyən bakalavrlar ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə ixtisaslaşmaları seçə bilərlər”, – deyə E. Nağızadə qeyd edib.

Rafiq Qənbərov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır