Modern.az

Xocalıda hər iki valideynini itirmiş “25-lər” Türkiyəyə dəvət olunacaq – Modern.az-da GÖRÜŞ Odası - FOTOLAR

Xocalıda hər iki valideynini itirmiş “25-lər” Türkiyəyə dəvət olunacaq – Modern.az-da GÖRÜŞ Odası - FOTOLAR

5 Aprel 2014, 14:11

 

İstanbul Ticarət Odası təşkilatının “Sözdə erməni soyqırımı iddialarına dair Məclis Komissiyası” bu gün Modern.az saytının qonağı olub.

Komissiya üzvləri Parlament Jurnalistləri Birliyinin sədri, Modern.az saytının baş redaktoru Elşad Eyvazlı və  “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal ilə görüş keçiriblər. Əsas olaraq qondarma erməni “soyqırımı” ətrafında ermənilərin yaratdığı saxta iddialar müzakirə olunub. Görüşdə çıxış edən “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal isə iki ölkənin vətəndaş cəmiyyətləri, QHT-ləri arasında əlaqələrə toxunub. “Bizim türk dünyası ilə bağlı bütün işlərimiz birlikdədir. Türk dünyası qondarma erməni “soyqırımı”, Dağlıq Qarabağ münaqişəsi məsələsində birlikdə iş görməlidir. Azərbaycanın iyirmi faiz torpağı işğal altındadır”. Daha sonra çıxış edən E. Eyvazlı ermənilərin türk millətinə qarşı etdiyi vəhşiliklər barədə fikirlərini bölüşüb. O qeyd edib ki, erməni vəhşiliyinin dünya miqyasında tanınması üçün əlavə işlərə ehtiyac duyulur. Baş redaktor Xocalı soyqırımı hadisəsinin ən böyük vandalizm olduğunu diqqətə çatdırıb. PJB sədri qonaqlara Xocalı qətliamında hər iki valideynini itirmiş “25-lər”in yaşadığı dəhşətli faciələri özündə əks etdirən, özünün müəllifi olduğu “Böyüməyən uşaqlar” adlı kitabı ilə də tanış edib. E. Eyvazlı bu kitabın bir neçə dildə tərcümə olunaraq dünyaya tanıdılmasının nəzərdə tutulduğunu vurğulayıb. Qonaqlar kitab haqqında təəssüratlarını bölüşüblər və bu cür əsərlərin yayılmasının önəmi barədə fikir mübadiləsi aparıblar. Sözügedən təşkilatın idarə heyətinin üzvü Öztürk Oran kitabı vərəqləyərkən “25-lər”in yaşadığı acı tale haqda gördüklərindən dəhşətə gəlib və kövrəlib. Adı çəkilən təşkilatın Məclis Komissiyasının sədri Mustafa Balkuv da kitabın ərsəyə gəlməsinin təqdirə layiq olduğundan danışıb.

Xocalı faciəsində hər iki valideynini itirmiş şəxslərin acı həyat hekayətlərini Türkiyə mətbuatının işıqlandırması üçün təkliflər irəli sürülüb. Qərara alınıb ki, “25-lər” Türkiyəyə aparılsın və Türkiyə KİV-də bu hadisə elə onların öz dili ilə qabardılsın. “25-lər”in yaxın zamanlarda Türkiyəyə dəvət olunacağı da diqqətə çatdırılıb.

 

 

 

 

 

 

 

 

 




 

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır