Mingəçevir Dövlət Universitetinə yeni prorektor təyin olunub.
Modern.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bu barədə əmr imzalayıb.
Əmrə əsasən, Natəvan Namazova MDU-nun Elm və innovasiyalar məsələləri üzrə prorektoru təyin olunub.
O bu gün universitet kollektivinə təqdim edilib.
Qeyd edək ki, Natəvan Namazova 2023-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının İqtisad elmləri üzrə Ekspert Şurasının üzvü və elmi katibidir.