Modern.az

Ermənistan nümayəndəsi Bakıya gələsi olmadı

Ermənistan nümayəndəsi Bakıya gələsi olmadı

5 Aprel 2014, 20:30

Aprelin 7-8-də Bakıda MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclası keçiriləcək.

Bakıda keçiriləcək MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclasında Ermənistan nümayəndə heyətinin iştirakı rəsmi şəkildə təsdiq edilməyib.

Modern.az saytı xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan deyib. 

Onun sözlərinə görə, MDB Müdafiə Nazirləri Şurası katibliyi Ermənistan nümayəndə heyətinin qəbuluna hazırlıqla bağlı Azərbaycan tərəfindən hələ də nə şifahi, nə də yazılı təsdiq almayıb.

Xatırladaq ki, aprelin 7-8-də Bakıda MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclası keçiriləcək. İclasda Ermənistanı ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Yuri Xaçaturovun təmsil edəcəyi bildirilirdi.

  Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır