Bu gün Topaz Premyer Liqada 29-cu tura start verilib.
Modern.az saytı xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
İlk olaraq meydana autsayderlər çıxıb. "Rəvan" öz meydanında "Sumqayıt"ı qəbul edib. Yüksək liqada qalmaq uğrunda mübarizə aparan rəqiblərin oyununun kifayət qədər gərgin keçəcəyi gözlənilirdi. Lakin bu görüşdə qalib müəyyənləşməyib - 1:1.
Digər görüşdə turnir cədvəlinin vahid lideri "Qarabağ" AZAL-ın qonağı olub. Ağ
dam təmsilçisi son oyunda rəqibinə qalib gəlsə də, Tərlan Əhmədovun yeni baş məşqçi təyin olunduğu komanda "Qarabağ" üçün ən çətin rəqiblərdən sayılırdı. Bu oyunda 2:0 hesabı ilə qələbə qazanan Qurban Qurbanovun komandası çempionluq yolunda daha bir inamlı addım atıb.
Günün son oyunu Lənkəranda keçiriləcək. Burada yerli "Xəzər Lənkəran" "Qəbələ"ni qəbul edib. Son vaxtlar hər iki komanda uğursuz zolağa düşdüyündən bugünkü qarşılaşmada tərəflərin qələbə istəyi daha çox olacaqdı. Qarşılaşmada
minimal hesabla "Xəzər Lənkəran" qalib gəlib - 1:0.
Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.
5 aprel (şənbə)
18:00. "Xəzər Lənkəran" - "Qəbələ" - 1:0
Qol: Etame Mbilla, 71 (1:0)
Hakimlər: Rauf Cabbarov, Mehman Mahmudov, Rza Məmmədov,
Nail Nağıyev.
Lənkəran. “Xəzər Lənkəran” mərkəzi stadionu.
17:00. AZAL - "Qarabağ" - 0:2
Qollar: Reynaldo, 23 (0:1), Riçard Almeyda, 59 (0:2)
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Teymur Fərhadov.
Bakı. “AZAL Arena”.
17:00. "Rəvan" - "Sumqayıt" - 1:1
Qollar: Məhəmməd Qurbanov, 25 (0:1), Tyaqo de Souza, 70 (1:1)
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Tahir Əhmədov.
Bakı. “Bayıl Arena”.
Modern.az