Modern.az

Kiyevin Patriarxı Filaret: “Putin Hitlerin yolundadır”

Kiyevin Patriarxı Filaret: “Putin Hitlerin yolundadır”

5 Aprel 2014, 21:33

Modern.az saytı xəbər verir ki, Ukrayna Ortodoks kilsələrinin rəhbəri Patriarx Filaret Ukraynanın “Den” (gün) qəzetinə verdiyi müsahibədə Putinin Hitler yolunda olduğunu söyləyib.

Patriarx Filaret: "Putinin milliyyətçiliyini Hitlerin faşizmi ilə müqayisə etmək istəmirəm, lakin Putinin Hitlerin yolunu getdiyini bütün dünya görür. Hitler də Alman xalqının birləşməsini səbəb göstərərək Avstriyanı işğal etmişdi” deyə bildirib.

Eyni zamanda “Vladimir Putin də Ukraynada rahat yaşayan və qorunmağa möhtac olmayan rusları “qorumaq” məqsədi ilə Krıma hücum təşkil etdi. Hitlerin SSRİ-yə hücumu kimi Putin də Krıma hücum etdi.

Patriarx Filaret fikrinin davamı olaraq “Hitlerin hücumu necə bitdi? Hitler məğlubiyyətə uğradı və onu dəstəkləyən Almanlar on illərlə utanclarından başlarını qaldıra bilmədi. Eyni yol Putini və Rus xalqını da gözləyir. Daha doğrusu, Krımın Rusiyaya ilhaqına sevinən insanlar zaman gələcək utanc içində olacaqlar” deyib.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır