Modern.az saytı xəbər verir ki, Əfqanıstanda 13 milyon seçici ölkənin yeni başçısını seçmək üçün bu gün səsvermədə iştirak edib.
13 ildir dövlət başçılığı vəzifəsini icra edən Hamid Karzai ilk dəfə bu seçkilərdə namizədliyini irəli sürməyib.Əfqanıstanda prezident seçkisində 8 namizəd iştirak edib.
Seçkilər geniş təhlükəsizlik tədbirləri altında reallaşdırılıb. 250 mindən çox Əfqan təhlükəsizlik işçisi seçki sandıqlarını və seçiciləri ola biləcək hücumlardan qorumaq üçün xidmət başında olublar.
Taliban seçkilərin keçirilməsinin qarşısını almaq üçün ölkənin hər yerinə öz militanlarını yerləşdirdiyini ifadə edib. Qeyd edək ki, dünən seçkiləri müşahidə edən iki xarici qadın jurnalist talibanlılar tərəfindən vurulmuşdu.
Səslərin sayılması aprelin 6-da başlayacaq və iki həftə davam edəcək. İlkin nəticələr aprelin 26-da açıqlanacaq.
Modern.az