Fövqəladə Hallar Nazirliyi Gəncədə 6 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol-nəqliyyat qəzası ilə bağlı məlumat yayıb.
Modern.az saytı-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Gəncə şəhəri, Nizami rayonunda “KAMAZ” markalı yük avtomobili ilə “LADA” markalı minik avtomobili toqquşub. Dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “LADA” markalı minik avtomobilinin sürücüsü və 5 sərnişini aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.Xilasedicilər hadisə yerinə çatana kimi üç sərnişinin meyiti vətəndaşlar tərəfindən, sürücü və digər iki sərnişinin sıxılmış vəziyyətdə qalmış meyiti xilasedicilər tərəfindən deformasiya uğramış avtomobildən təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyəti üzrə təhvil verib.
Modern.az