Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, müxaliflərin Suriyanın Lazkiyə şəhərinə bağlı Keseb qəsəbəsini və ətraf ərazilərini ələ keçirməsindən sonra Türkiyəyə sığınmaq istəyən erməni mənşəli 18 Suriyalı Yayladığı sərhəd keçid məntəqəsində müxalif qüvvələr tərəfindən Türkiyəli səlahiyyətlilərə təslim ediliblər.
Qarşıdurmalardan zərər görməmələri üçün təhlükəsiz bölgədə saxlanılan və Türkiyəyə sığınmaq istəyən erməni mənşəli 7-i qadın, 18 Suriyalı müxaliflər tərəfindən Türkiyə sərhəddinə gətiriliblər.Kesebin Qaraduran kəndindən gəldiyi söyləyən Anehud Arahunyan (67 yaşında) "Evimizin yaxınlığında döyüşlər oldu. Müxaliflər bizi Kesebdə etibarlı bölgəyə apardı. Türkiyəyə sığınmaq istədiyimi onlara söylədim. Bundan sonra onlar bizi sərhədə gətirib Türk səlahiyyətlilərə təslim etdilər. Müxaliflərin bizə qarşı çox yaxşı davrandılar. Yemək, su verdilər və yatacaq yerlə təmin etdilər " deyə bildirib

