Modern.az

ABŞ İrana qarşı aviasiya sanksiyalarını götürdü

ABŞ İrana qarşı aviasiya sanksiyalarını götürdü

6 Aprel 2014, 00:59

ABŞ-ın aviatikinti korporasiyası “Boeing” İranın kommersiya təyyarələri üçün ehtiyat hissələri ixrac eləməkdən ötrü Amerika Maliyyə Nazirliyinin icazəsini aldığını bəyan edib.

Bununla da ABŞ hökuməti 35 il ərzində mövcud olan bu qadağanı faktiki ləğv edib. Hansı qadağa ki, İran mülki aviasiyasının zəifləməsinə gətirib.   

Maliyyə Nazirliyinin qərarı İranda hava uçuşlarının təhlükəsizliyini artırmalıdır. Bu ölkədə 1990-cı ildən 200 aviasiya hadisəsi qeydə alınıb. Həmin insidentlər zamanı 2 mindən çox insan həlak olub.  

Ehtiyat hissələrin satışına icazə qərarı Amerikanın İrana qarşı sanksiyalar rejiminin yumşalması çərçivəsində verilib. /musavat.com/

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır