Modern.az

Ayı Şamaxı sakinini parçalayıb

Ayı Şamaxı sakinini parçalayıb

6 Aprel 2014, 11:51
Şamaxı şəhər sakini ayının hücumuna məruz qalıb. APA-nın yerli bürosunun məlumatına görə, hadisə gecə saatlarında sıx meşəliklə əhatə olunmuş rayonun Talışnuru kənd yolunda baş verib.
Kənd sakini, 1979-cu il təvəllüdlü Sədi Hüseynov gecə saatlarında Talışnuru kəndindən evlərin qayıdarkən ayının hücumuna məruz qalıb.

Ayı S. Hüseynova ağır xəsarətlər yetirərək qaçıb.

Yaralı S. Hüseynov telefonla yoldaşlarına zəng edərək yardım istəyib.

Hadisə yerinə gələn yoldaşları onu Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Qeyd edək ki, analoji vəziyyət ötən il də baş vermişdi. Rayonun Keşmədin kəndinə hücum edən ayı 2 nəfəri yaralamışdı.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır