Modern.az

Aprelin 7-də 15 dərəcə isti olacaq - HAVA PROQNOZU

Aprelin 7-də 15 dərəcə isti olacaq - HAVA PROQNOZU

6 Aprel 2014, 14:25

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, aprelin 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, axşam bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir.
Temperatur gecə 2-4°, gündüz 10-15° isti, Bakıda gecə 2-4°, gündüz 12-14° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında - gündüz əsasən yağmursuz keçəcək, temperatur gecə 2-7°, gündüz 15-20°, bəzi yerlərdə 22° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında - əsasən yağmursuz, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13°, bəzi yerlərdə 15° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında - hava əsasən yağmursuz keçəcək. Temperatur gecə 1-6°, gündüz 13-18° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında - əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin, axşama doğru isə yağış yağacağı gözlənilir.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 12-17° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 7-12° isti olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında - əsasən yağmursuz, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperaturu gecə 3-8°, gündüz 15-20° isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında - gün ərzində havanın əsasən yağmursuz olacağı gözlənilir. Temperatur gecə 4-7°, gündüz 13-18° isti,
dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti olacaq.  

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır