Modern.az

Bu regionda 100-ə yaxın məktəb təmir ediləcək

Bu regionda 100-ə yaxın məktəb təmir ediləcək

Təhsil

29 Noyabr 2025, 11:13

Cəlilabad rayonununda bir sıra məktəblərin baxımsız vəziyyətdə olması ilə bağlı məlumatlar yayılıb.

Modern.az məsələ ilə əlaqədar Lənkəran-Astara Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, regional üzrə bu ilin sonuna kimi 100-ə yaxın təhsil müəssisəsinin cari və əsaslı təmir işlərinin icra edilib təhvil verilməsi planlaşdırılır.

Qeyd edilib ki, Astara rayonunun Sərək, Lerik rayonunun Cəngəmiran və Cəlilabad rayonunun Göytəpə şəhəri 2 nömrəli tam orta ümumtəhsil məktəblərinin yeni binaları tikilərək istismara verilib. Lənkəran rayon Viyən kənd, Astara rayonunun Şümrüd kənd məktəblərinin də istismara verilməsi planlaşdırılır.

Sizə yeni x var
Keçid et
İsrail İranı BOMBARDMAN EDİR - Yüzlərlə ölü var