Modern.az

Elm və Təhsil Nazirliyində yeni bölmə YARADILDI

Elm və Təhsil Nazirliyində yeni bölmə YARADILDI

Təhsil

2 Dekabr 2025, 11:32

Elm və Təhsil Nazirliyinin strukturunda dəyişikliklər aparılır.

Modern.az xəbər verir ki, bunu bu gün “Peşə Təhsili: nailiyyətlər və çağırışlar” konfransında Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli bildirib.

O qeyd edib ki, peşə təhsilinə cavabdeh olan yeni bölmə yaradılıb.

Mətin Kərimlinin sözlərinə görə, ölkə üzrə peşə təhsili siyasətini müəyyən edən, bu sahədə planlaşdırma, monitorinq və qiymətləndirmə funksiyasını həyata keçirən müvafiq qurum fəaliyyət göstərir:

“Eyni zamanda, bu qaydaların və siyasətin icrasına məsul olan, əməliyyat funksiyalarını yerinə yetirən Peşə Təhsili üzrə Dövlət Agentliyi mövcuddur”.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Rusiyaya ağır zərbə: Nə baş verir?