Modern.az

Ermənistan hökuməti Qarabağ danışıqlarının sənədlərini DƏRC ETDİ

Ermənistan hökuməti Qarabağ danışıqlarının sənədlərini DƏRC ETDİ

Təhsil

2 Dekabr 2025, 16:08

Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin sənədləri Ermənistan hökumətinin gov.am saytında dərc edilib.

Modern.az xəbər verir ki, Ermənistan hökumətinin saytında 2020-ci ilə qədər Qarabağ münaqişəsi üzrə danışıqların əsasını təşkil edən 13 sənədin faylı yerləşdirilib. Bunlara 2011-ci ildə Kazanda müzakirə edilən sənəd, 2019-cu ildə təqdim edilən vasitəçi təklifləri və digər sənədlər daxildir.

Sənədlər arasında eks-prezident Serj Sarkisyanın Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən dəfələrlə xatırlanan məşhur məktubu da var. Sarkisyanın 2016-cı ilin avqustunda yazdığı məktub Rusiya Prezidenti Vladimir Putinə ünvanlanmışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Rusiyaya ağır zərbə: Nə baş verir?