Modern.az

İsraildə saxlanmış azərbaycanlı gəmiçilər vətənə dönüb

İsraildə saxlanmış azərbaycanlı gəmiçilər vətənə dönüb

6 İyun 2010, 19:34

Bu günlərdə Fələstinin Qəzza bölgəsinə humanitar yardım apararkən İsrail hərbçiləri tərəfindən “Azadlıq donanması”nda saxlanmış 2 azərbaycanlı gəmiçi vətənə dönüb. Cəbrayıl sakini Qaraoğlan Quliyevlə Beyləqan sakini Məhərrəm Orucov vətənə bu gün Tel-Əviv-Bakı reysiylə gəliblər. Beynəlxalq Hava Limanında jurnalistlərlə qısaca açıqlama verən Məhərrəm Orucov 3 ildir ki, Türkiyədəki özəl  “Dəfnə” gəmisində işlədiyini deyib. O,  “Azadlıq donanması”ndakı gəmilərində silah və ya silahlı adamın olmadığını bildirib. İsrail hərbçiləri əvvəlcə onları Aşdot limanına, sonra isə Tel-Əvivə gətiriblər. Qeyd edək ki, Azərbaycan vətəndaşları bu günlərdə İsrailin Qəzza sahilində zəbt etdiyi gəmi garvanında olublar. Gəmilər Qəzzayə hümanitar yardım aparırdı. Bu insident zamanı 9 türkün ölümü Türkiyə başda olmaqla beynəlxalq aləmin kəskin narazılığına səbəb olub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi