Modern.az

Azərbaycan Prezidenti Türkiyəyə gedib

Azərbaycan Prezidenti Türkiyəyə gedib

7 İyun 2010, 11:26

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Türkiyəyə işgüzar səfərə yola düşüb. Dövlət başçısını Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar. Səfər çərçivəsində iki dövlət arasında yeni qaz müqaviləsinin bağlanması gözlənilir. Yeni müqavilədə “Şahdəniz” yatağından qaz hasilatı, Türkiyəyə satılacaq qazın həcmi və qiymətləri, eləcə də Azərbaycan qazının Türkiyənin ərazisindən tranziti məsələləri öz əksini tapacaq. Qeyd edək ki, bu gün Türkiyənin İstanbul şəhərində Asiyada inkişaf məsələlərinə həsr olunmuş konfrans keçiriləcək. Tədbir çərçivəsində Ərdoğan-Putin-Nazarbayev və İlham Əliyevin dördtərəfli görüşünün keçirilməsi istisna olunmur. st1:*{behavior:url(#ieooui) }

Modern.az xəbər verir ki, Azərbaycan prezidenti  Türkiyənin ev sahibliyi edəcək 21-cü yüz ildə Avrasiyada təhlüksizlik və iqtisadi əməkdaşlıq toplantısında  (Conference on interaction and confidence building measures in Asia - CICA) iştirak edəcək. Zirvə toplantısına prezident Abdullah Gül rəhbərlik edir və tədbir iyunun 7-dən 9-a kimi davam edəcək.

 

Bu gün İran  prezidenti Mahmud Əhmədinejat və Rusiya hökumət başçısı Vladimir Putin Türkiyəyə səfər edəcək. Bundan başqa, tədbirdə İraqın vitse-prezidenti Tarix Həşimi, Fələstin lideri Mahmud Abbas, Ukrayna prezidenti Viktor Yanukoviç, Suriya prezidenti Başar Əsəd , Qırzıstanın müvəqqəti hökumətinin başçısı Roza Otunbayeva, Əfqanıstan prezidenti Həmid Kərzayi, Makedoniya prezidenti Giorq İvanov, Qazaxıstan prezidenti Nursuşltan Nazarbayev, AB xarici siyasət məsələləri üzrə komissarı Katerine Eşton da iştirak edəcəklər.  

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi