Modern.az

Qalmaqallı test sualı ilə bağlı rəsmi açıqlama

Qalmaqallı test sualı ilə bağlı rəsmi açıqlama

Təhsil

10 Dekabr 2025, 19:18

Sosial şəbəkələrdə 3-cü sinif dərsliyinə aid olduğu iddia edilən bir test tapşırığının görüntüsü müzakirələrə səbəb olub.

Modern.az-ın məlumatına görə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məsələ ilə bağlı bildirilib ki, paylaşım edilmiş hissə ümumi təhsil müəssisələrində istifadədə olan 3-cü sinif dərsliklərində mövcud deyil. 

Bildirilib ki, belə bir test tapşırığı təhsili idarəetmə orqanları tərəfindən ümumi təhsil müəssisələrinə təqdim olunmayıb.

Mənbəyi məlum olmayan hər hansı çap materialının dərslik və ya tədris vəsaiti kimi ictimaiyyətə təqdim edilməməsi, həmçinin əsassız və dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması xahiş olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Hafiz Hacıyevdən DƏHŞƏTLİ FAKTLAR - Kərimli Elçibəyi necə zəhərləyib? -