Modern.az

İsrail generalı: “Ərdoğanın olduğu gəmini batıra bilərik”

İsrail generalı: “Ərdoğanın olduğu gəmini batıra bilərik”

7 İyun 2010, 17:22

İsrail Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Qəzzanın blokadasının təkbaşına aradan qaldırmaq cəhdinə kəskin münasibət bildirib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, İsrail ordusunun yüksəkrütbəli generallarından Uzi Dayan bəyan edib ki, əgər Ərdoğan hərbi gəmilərdə Qəzzaya gəlmək fikrinə düşsə, bu, İsrailə müharibə elan olunması kimi qiymətləndiriləcək.  “Dənizdə müəyyən olunmuş sərhədi kim keçməyə çalışarsa, bunun qarşısı qətiyyətlə alınacaq və Ərdoğanın olduğu gəmi dənizdə batırılacaq”,-deyə Dayan bildirib.

 

 İsrail Müdayiə Nazirliyinin siyasi məsələlər üzrə rəsmi nümayəndəsi Amos Gilad isə  Dayan kimi yüksəkrütbəli generallara müraciət edərək onları Ərdoğana yönəlik sərt açıqlamalardan çəkinməyə çağırıb.

 

Xatırladaq ki, Türkiyənin baş naziri Ərdoğan humanitar yük daşıyan gəmiləri Qəzzaya müşayiət etməyə hazır olduğunu bildirib. Türkiyə KİV-də  Ərdoğanın bu riskli təşəbbüsü onun Qəzzanın blokadasını  təkbaşına aradan qaldırmaq səyi kimi şərh olunub.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi