Modern.az

Türkiyə və Azərbaycan arasında qazın nəqlinə dair saziş imzalanıb

Türkiyə və Azərbaycan arasında qazın nəqlinə dair  saziş imzalanıb

7 İyun 2010, 17:33

Türkiyə və Azərbaycan arasında çoxdan gözlənilən qaz anlaşması nəhayət bu gün  Azərbaycan prezidenti İlham Əliyevin İstanbula səfəri çərçivəsində imzalanıb. Modern.az türk mətbutına istinadən xəbər verir ki,  Azərbaycandan Türkiyəyə qaz ixracı və «Şahdəniz” yatağından hasil  olunan qazın Türkiyə üzərindən Avropaya nəqlini nəzərdə tutan müqavilə bir qədər əvvəl imzalanıb. Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə sənədi Türkiyənin enerji  və təbii ehtiyatlar naziri Taner Yüldız və Azərbaycanın sənaye və energetika naziri Natik Əliyev imzalayıblar. Bütövlükdə “Botaş” və ARDNŞ “Şahdəniz” Konsorsiumu tərəfindən həyata keçiriləcək 3 anlaşma razılaşdırılıb.  

 

Beləliklə də Türkiyə və Azərbaycan arasında razılaşma  qazın Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriyadan keçərək Avropa ölkələrinə nəqlini təmin edəcək Nabucco qaz kəmərinin inşası üçün olan maneələri aradan qaldırır.

 Azərbaycan – Türkiyə hökumətlərarası saziş avqustun 1-də qüvvəyə minəcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi