Modern.az

14 yaşlı qızı təhsildən kim yayındırıb?

14 yaşlı qızı təhsildən kim yayındırıb?

Təhsil

16 Dekabr 2025, 20:40

Tovuz rayonunun Öysüzlü kəndində ərə verilən və müvafiq qurumlar tərəfindən toy mərasiminin qarşısı alınan qız təhsil aldığı dövrdə dərslərdən mütəmadi olaraq yayınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib.

 

Qeyd edilib ki, 2011-ci il təvəllüdlü, Tovuz rayon sakini olan şagird Mahir Ələkbərov adına tam orta ümumtəhsil məktəbində təhsil aldığı dövrdə dərslərdən mütəmadi olaraq yayınıb. Bununla bağlı məktəb rəhbərliyi tərəfindən 23 yanvar 2023-cü il tarixində hüquq-mühafizə orqanlarına rəsmi müraciət edilib.

 

"Hüquq-mühafizə orqanlarından təhsil müəssisəsinə 13 fevral 2023-cü il tarixində daxil olan cavab məktubunda qeyd olunub ki, şagird ailəsi ilə birlikdə əvvəlki ünvanda yaşamır və onların paytaxtın Qaradağ rayonu Buta qəsəbəsində məskunlaşdıqları müəyyən edilib. Qeyd olunan tarixdən sonra isə şagirdin ailəsinin yeni ünvan üzrə hər hansı ümumtəhsil müəssisəsinə və ya müvafiq təhsil idarəsinə rəsmi müraciətinin olmadığı müəyyən edilib. Bu səbəbdən şagirdin təhsilini davam etdirməsinə nəzarəti təmin etmək mümkün olmayıb",- məlumatda bildirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır