Modern.az

Bu regionda elektron jurnalların tətbiqinə başlanılıb - RƏSMİ

Bu regionda elektron jurnalların tətbiqinə başlanılıb - RƏSMİ

Təhsil

17 Dekabr 2025, 16:20

Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə 9 təhsil müəssisəsində kağız jurnalla yanaşı elektron jurnal tətbiq olunur.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib.

Regional Təhsil İdarəsindən bildirilib ki, layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 2025-2026-cı tədris ilindən etibarən elektron jurnalların tətbiqinə başlanılıb. Bu proses "Rəqəmsal məktəb" platforması üzərindən aparılır.

Elektron jurnalların tətbiq edilməsində əsas məqsəd qiymətləndirməni rəqəmsallaşdırmaq, valideyn-məktəb əlaqəsinin daha əlçatan olmasını təmin etməkdən ibarətdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır