Modern.az

Magistraturaya qəbul imtahanları ilə bağlı DİM-dən AÇIQLAMA

Magistraturaya qəbul imtahanları ilə bağlı DİM-dən AÇIQLAMA

Təhsil

19 Dekabr 2025, 16:38

Dövlət İmtahan Mərkəzi növbəti il magistraturaya qəbul imtahanlarına xarici dilindən danışıq bloku əlavə etməyəcək.

Modern.az DİM-ə istinadən xəbər verir ki, qaydanın tətbiqi tarixi hələ müəyyən edilməsə də,  Rəsmi açıqlamaya əsasən, 2026-cı ilin qəbul imtahanlarında da bu istiqamətdə hər hansı dəyişiklik gözlənilmir

Xatırladaq ki, DİM daha əvvəl magistratura imtahanlarında xarici dil biliklərinin daha dərindən yoxlanılması üçün danışıq blokunun əlavə ediləcəyini anons etmişdi. Lakin bu yeniliyin tətbiqi tarixi müəyyən edilməmişdi.

Qeyd edək ki, magistratura pilləsinə qəbul qaydaları 2024-cü ildən etibarən mərhələli şəkildə sərtləşdirilib. Belə ki, namizədlər artıq ilk dəfə olaraq xarici dil imtahanında yazı bacarıqlarını (esse) nümayiş etdirirlər. 

 

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır