Modern.az

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığı müzakirə olunacaq

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığı müzakirə olunacaq

Təhsil

19 Dekabr 2025, 17:16

Milli Məclis dekabrın 23-də keçiriləcək iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini müzakirə edəcək.

Modern.az-ın məlumatına görə, qanun layihəsi Azərbaycanla Türkiyə arasında təhsil sahəsində mövcud əməkdaşlığın hüquqi bazasının təkmilləşdirilməsini və qarşılıqlı əlaqələrin daha da genişləndirilməsini nəzərdə tutur.

Həmçinin iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi də Milli Məclisdə müzakirə ediləcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır