Modern.az

Azərbaycanın bəzi universitetlərinin diplomları Türkiyədə tanınmır - Əli Əsədov

Azərbaycanın bəzi universitetlərinin diplomları Türkiyədə tanınmır - Əli Əsədov

Təhsil

22 Dekabr 2025, 16:26

Baş nazir Əli Əsədov Azərbaycanın bəzi universitetlərinin məzunlarının təhsillərini Türkiyədə davam etdirə bilmədiklərindən narahatlığını ifadə edib.

Modern.az-ın məlumatına görə, bununla bağlı o, Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxışı zamanı danışıb.

Baş nazir iki ölkə arasında təhsil sahəsində gözəl ənənələrin olduğunu diqqətə çatdırıb.

"Minlərlə Azərbaycan və Türkiyə vətəndaşı hər iki ölkənin ali təhsil ocaqlarında təhsil alırlar. Bununla belə, Azərbaycanın bəzi universitetlərinin məzunları təhsillərini Türkiyədə davam etdirmək istəsələr də bunu edə bilmirlər. Səbəb isə həmin universitetlərin diplomlarının Türkiyənin Ali Təhsil Şurası tərəfindən tanınmamasıdır. Azərbaycan tərəfi bu məsələnin müsbət həllinə ümidvardır", - Əli Əsədov vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır