Modern.az

Paytaxt məktəblərində yeni model tətbiq edilir

Paytaxt məktəblərində yeni model tətbiq edilir

Təhsil

23 Dekabr 2025, 11:22

Paytaxtdakı 96 və 239 nömrəli tam orta ümumtəhsil məktəblərində yeni təmayül tədris modeli tətbiq edilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Modern.az-a bildirilib ki, tam orta təhsil səviyyəsində yeni təmayül tədris modelinin tətbiq olunduğu ümumi təhsil müəssisələrinin X sinfinə ümumi orta təhsil səviyyəsini bitirmiş şagirdlər qəbul olunub.

Yeni təmayül tədris modelinin əsas məqsədi X-XI sinif şagirdlərinin maraq və meyillərinə uyğun olaraq fərdi inkişaf imkanlarını genişləndirmək, müəllimləri təmayül siniflərində uyğun tədris şəraiti ilə təmin etmək, keyfiyyətli və məqsədyönlü təhsil mühiti yaratmaq, eləcə də orta təhsil pilləsində təmayülləşmənin səmərəliliyini artırmaqdan ibarətdir.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır