Modern.az

Təhsil kreditini gecikdirən tələbəyə görə valideyn cavabdehdir? - AÇIQLAMA

Təhsil kreditini gecikdirən tələbəyə görə valideyn cavabdehdir? - AÇIQLAMA

Təhsil

25 Dekabr 2025, 12:00

Təhsil kreditlərində 90 gündən artıq gecikmə halları valideynlərə heç bir hüquqi və maliyyə məsuliyyəti yaratmır, bütün öhdəlik yalnız tələbənin üzərində qalır.

Modern.az xəbər verir ki, bunu TTKF-nın 4 illik fəaliyyətinə dair hesabat tədbirində Fondun İdarə Heyətinin sədri Bəhruz Əzimov media nümayəndələrinin suallarını cavablandırarkən bildirib. 

O qeyd edib ki, təqdim olunan təhsil kreditləri zamin və girov olmadan verildiyi üçün valideynlərin kredit üzrə məsuliyyəti yoxdur və bu gecikmələr onların gələcəkdə kredit götürmək imkanlarına təsir etmir. Kreditin geri qaytarılmasına görə isə, yalnız tələbə cavabdehdir:

“Məhkəmə qərarından sonra borcun qaytarılması icra qaydasında təmin olunur. Tələbənin əmək müqaviləsi olduqda, ödənişlər əməkhaqqından tutulmalar yolu ilə həyata keçirilir. Geri ödəmə imkanı olmayan hallarda isə borcun ödənilməsi məhkəmə qərarı əsasında tələb olunur”.

Sədr əlavə edib ki, hazırda gecikməsi olan 125 tələbə ilə aktiv iş aparılır:

“Qurum bu tələbələrin, o cümlədən işsiz və müvəqqəti maliyyə çətinliyi yaşayan şəxslərin əmək bazarına inteqrasiyasına dəstək göstərərək kredit vəsaitinin geri ödənilməsinin təmin edilməsinə çalışır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır