Modern.az

İlham Əliyev: “Azərbaycan hər zaman Türkiyənin yanındadır, qoy bunu hamı bilsin”

İlham Əliyev: “Azərbaycan hər zaman Türkiyənin yanındadır, qoy bunu hamı bilsin”

8 İyun 2010, 16:56

İstanbulda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CİCA) dövlət və hökumət başçılarının 3-cü toplantısında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Azərbaycan hər zaman Türkiyənin yanındadır, qoy bunu hamı bilsin. Modern.az türk mətbuatına istinadən xəbər verir ki,  İlham Əliyev İsrail silahlı qüvvələrinin Türkiyənin mülki gəmilərinə hücumu nəticəsində baş vermiş faciədə Türkiyəyə dəstək nümayiş etdirib. “Azərbaycan bütün məsələlərdə qardaş Türkiyənin yanında olacaq və ona dəstək göstərəcək”,-deyə İlham Əliyev bildirib.  Dövlət başçısı bəyan edib ki, türklər və azərbaycanlılar tarixən yaxın xalqlardır. Və bu iki xalq arasında hər zaman həmrəylik olub.

“Biz Türkiyənin tərəfindəyik və öz dəstəyimizi ifadə etmək istəyirik”,-deyən İlham Əliyev  Qəzzaya humanitar yük daşıyan gəmidə baş vermiş faciədə dinc Türkiyə vətəndaşlarının həlak olmasından qardaş türk xalqını başsağlığı verib.

 

İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CİCA) gələcəyinin çox parlaq olduğunu deyib. Çıxışının əvvəllində İlham Əliyev Azərbaycan və türk xalqlarının həmrəyliyinə xususi toxunub. “Burada xalqlarımız arasında həmrəyliyə toxunacam. Azərbaycan və türk xalqları arasında tarixdən gələn bir həmrəylik var. Özəlliklə Qəzzaya yardım aparan gəmilərə hücumu və dinc insanların öldürülməsi məsələsində Türkiyənin yanındayıq. Türkiyəyə dəstəyimizi ifadə etmək istəyirik”,-deyə İlham Əliyev bildirib. 

“Ortaq işbirliyi mövcud riskləri azaldacaq” 

İlham Əliyev bəyan edib ki, Azərbaycan regional işbirliyi üçün öhdəsinə düşənləri yerinə yetirməyə çalışır. Prezident əmin olduğunu bildirib ki, ortaq işbirliyi mövcud riskləri  azaldacaq.

“Asiyadakı təhlükəsizlik tədbirləri bütün dünyadakı təhlükəsizlik tədbirlərinin böyük bir qismini əhatə edir. Terrorun yaxşı-pisi yoxdur, hamısını lənətləyirik. Terrorizm və problemlərlə mübarizə üçün səylərimizi birləşdirməliyk. İqtisadi işbirliyi və fəaliyyətlər buna təsir edəcək. Bunun üçün Azərbaycan çeşidli  layihələr və fəaliyyətlər oldu”. Prezident neft, qaz və dəmiryolu layihələri ilə geniş bir kommunikasiya şəbəkəsinin yaradılmasının qarşıya məqsəd qoyulduğunu bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi