2026-cı ildə tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə müəllimləri ilk dəfə sertifikatlaşdırma prosesinə cəlb olunacaqlar.
Modern.az sertifikatlaşdırmanın test mərhələsi üzrə qiymətləndirmə çərçivəsinə əsasən texnologiya müəllimləri üçün imtahanda yer alacaq mövzuları təqdim edir.
Texnologiya müəllimləri sertifikasiya imtahanında 4 məzmun sahəsi üzrə ümumilikdə 50 suala cavab verməli olacaqlar. Sualların bölgüsü aşağıdakı kimidir:
– Emal texnologiyaları – 17 sual
– Texnika elementləri – 13 sual
– Məişət mədəniyyəti – 12 sual
– Qrafika – 8 sual
Məzmun sahələri üzrə mövzular
1. Emal texnologiyaları
Oduncağın emalı texnologiyası
Metalın emalı texnologiyası
Ağac və metalın bədii emalı texnologiyası
Ərzaq (qida) məhsullarının emalı texnologiyası
Parçanın emalı texnologiyası və naxıştikmə
Parçadan hazırlanmış məmulatlara qulluq texnologiyası
Konstruksiya materiallarından məmulatların hazırlanma texnologiyası
Plastik kütlə və ondan məmulatların hazırlanma texnologiyası
2. Texnika elementləri
Elektrotexniki işlər
Texnoloji maşınların, mexanizmlərin, cihaz və dəzgahların quruluşu və iş prinsipi
Elektron texnologiyaları
3. Məişət mədəniyyəti
Davranış və ünsiyyət mədəniyyəti
Sadə təmir işləri
Yaşayış yerinin interyerinin formalaşdırılması
Plastik kütlədən olan pəncərələrin konstruktiv elementləri və təmiri texnologiyası
Tərəvəzlərin becərilməsi, meyvə ağaclarının əkilməsi və meyvələrin saxlanma texnologiyası
Ev quşlarının bəslənməsi, ev heyvanlarına qulluq və yem tədarükü texnologiyası
4. Qrafika
Qrafik savad elementləri
İnsan həyatında texnologiya və məmulatların hazırlanma mərhələləri
Məmulatın qrafik təsviri, ölçmə və nişanlama alətləri
Məmulatların konstruksiya edilməsi, düzbucaqlı və müxtəlif formalı detalların çertyoju
Quraşdırma elementləri olan məmulatların spesifikasiyası, yuvarlaq səthli detalları olan məmulatların çertyojunun oxunması
Müxtəlif birləşmələri olan məmulatların yığma çertyoju və spesifikasiya