Modern.az

Görmə məhdudiyyətli şəxslər üçün yeni peşə kursu

Görmə məhdudiyyətli şəxslər üçün yeni peşə kursu

Təhsil

4 Yanvar 2026, 11:33

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən görmə məhdudiyyətli şəxslərin məşğulluğuna dəstək məqsədilə növbəti peşə hazırlığı kursuna başlanıb.

 

Bu barədə Modern.az-a agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib.

 

Kurs Agentliyin Bərdədə yerləşən Qarabağ Peşə Hazırlığı Mərkəzində Qarabağ "DOST Evi" filialı ilə birgə İnklüziv yanaşma əsasında kompüter operatoru peşəsi üzrə təşkil olunub. Görmə məhdudiyyətli bir qrup şəxsin cəlb edildiyi kursda müdavimlərə xüsusi proqram əsasında rəqəmsal bacarıqlar öyrədilir.

 

Qeyd edilən şəxslərin məşğulluq imkanlarının genişləndirilməsinə və cəmiyyətə daha fəal inteqrasiyasına xidmət edən peşə kursunun müddəti bir aydır. Tədris prosesini uğurla başa vuran müdavimlərə sertifikatlar veriləcək və onların müvafiq sahə üzrə işlə təmin olunmalarına dəstək göstəriləcək.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ