Modern.az

Arazın yeni qoluna buraxılan suyun həcmi azaldıldı

Arazın yeni qoluna buraxılan suyun həcmi azaldıldı

9 İyun 2010, 16:40

st1:*{behavior:url(#ieooui) }

Araz çayının yeni qolunun Xəzər dənizinə qovuşdurulması ilə bağlı Biləsuvar və Cəlilabad rayonlarında hazırlıq işləri davam etdirilir. Yeni qolla su 6 rayondan - İmişli, Biləsuvar,

Cəlilabad, Masallı, Neftçala, Lənkəran

dan keçməklə dənizə çatmalıdır. Bəhramtəpədən başlayan yeni qolun uzunluğunun 130 km olacağı söylənir. Yeni qola buraxılan su Biləsuvar ərazisinə çatsa da, oradan irəli gedə bilmir.

Melorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Su Anbarları və Su Qovşaqları İstismar İdarəsinin sədri Əbdürrəhim Hacıyev Modern.az saytına açıqlamasında bildirib ki, Arazın yeni qolunun çəkilməsi ilə bağlı işlər davam etdirilir: “Biz hazırda Arazın yeni qolunun keçəcəyi 6 rayon ərazisində işlərimizi davam etdiririk. Körpü tikintisi, bəndvurma işləri aparılır. Aparılan işlər yekunlaşdıqdan sonra yeni qol Xəzər dənizinə çatacaq. Amma işlərin nə zaman yekunlaşacağı dəqiq bilinmir”.

Ə.Hacıyev onu da bildirib ki, Arazda suyun səviyyəsi endiyindən su yeni qola axıdılmır: “Hazırda yeni qola çox az miqdarda, 10-15 kubmetr su axıdılır. Bu da heç dənizə gəlib çatmaz. Əgər Arazda suyun səviyyəsi yenidən qalxarsa, biz baş verə biləcək fəlakətin qarşısını almaq üçün Arazın yeni qoluna daha böyük həcmdə su buraxacağıq”.

Əbdürrəhim Hacıyev deyib ki. Arazın yeni qolunun Xəzərə nə vaxt qovuşacağı məlum deyil.

Qeyd edək ki, mayın 31-də Bəhramtəpə su qovşağından Araz çayının yeni qolu açılanda qolda su sərfi saniyədə 100m3 təşkil edirdi. Suyun istiqaməti tam müəyyən edildikdən sonra su sərfinin saniyədə 300m3-ə qədər artırılması nəzərdə tutulurdu. Günay Musayeva

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi