Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektoruna müdir təyinatı olub.
Modern.az xəbər verir ki, bu barədə Regional Təhsil İdarəsindən bildirilib.
Vüsal Cəfərov 20 may 2025-ci il tarixindən Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri vəzifəsini icra edirdi. O, 6 yanvar 2026-cı il tarixindən etibarən Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyin edilib..