Modern.az

133 şagirdin dərsə davamiyyəti bərpa olundu

133 şagirdin dərsə davamiyyəti bərpa olundu

Təhsil

12 Yanvar 2026, 12:16

2025-ci ildə Azərbaycanda 133 şagirdin dərsə davamiyyəti bərpa olunub.

Modern.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Dost tv-nin canlı efirində deyib.

Onun sözlərinə görə, "təhsildə sosial iş" xidməti çərçivəsində 1 400 risk qrupunda olan uşaq qiymətləndirilib:

"Onların təhsildən yayınmasının qarşısı alınıb, Bakıda və bölgələrdə ailələrlə birgə iş aparılıb. Ümumilikdə 1100 məktəbi əhatə etmişik".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır